Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənclər “Facebook”da “Gənclərin lideri – İlham Əliyev” adlı prezidentə dəstək səhifəsi yaradıblar


“Facebook” sosial şəbəkəsində Prezident İlham Əliyevi dəstəkləyən gənclər yeni səhifə yaradıblar.
Səhifə “Gənclərin lideri – İlham Əliyev” adlanır.

Səhifənin yaradıcıları bu haqda yazıblar:

“Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu səhifədə də prezidenti dəstəkləyən gənclər toplaşıb”.

Bu gün yaradılan səhifə “Facebook”da böyük marağa səbəb olub. Belə ki, səhifəni bir neçə saat ərzində 300-ə yaxın gənc bəyənib.

Səhifəni bəyənmək üçün bu linkə daxil ola bilərsiniz: “https://www.facebook.com/genclerinlideriilhameliyev





13/09/12    Çap et