Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hollandiyalı yosunla işləyən lampa hazırlayıb


Hollandiyalı dizayner Mayk Tompsonun ixtira etdiyi lampa  yosunların fotosintez prosesi zamanı ayrılan enerji hesabına işıqlanır. İlk dəfə yosunların fotosintez prosesindən elektrik enerjisi əldə etmək imkanını 2010-cu ildə Yansei və Stenford universitetlərində çalışan alimlər kəşf etmişdilər.

“ICTnews.az” elektron xəbər xidməti “it-news-world.ru” saytına istinadən bildirir ki, lampa üç hissəyə bölünmüş konusşəkilli rezervuardan ibarətdir. Orta hissədə yosun və su yerləşir. Yuxarı hissədə fotosintez prosesi üçün lazım olan karbon qazına yer saxlanılıb. İstifadəçi qazı nəfəslə xüsusi dəlik vasitəsilə verir. Aşağı hissədə yerləşən akkumulyator yaradılmış enerjini toplayır.






EMİL





13/09/12    Çap et