Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platformasında işləyən yeni mikrokompyuter yaradılıb


Onlayn mağazalarda təxminən 70 dollara təklif edilən “UG802” mikrokompyuteri satışa çıxarılıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qurğu fləş-brelok ölçüsündədir: onun ölçüləri 89×33×16 millimetr, çəkisi isə 38 qram təşkil edir. “Android 4.0.4 Ice Cream Sandwich” əməliyyat sistemi (ƏS) quraşdırılıb.

Mikrokompyuter 1,2 QHs takt tezliyində işləyən ikinüvəli “Cortex A9” prosessoru ilə təchiz edilib. Əməli yaddaş həcmi 1 QB, daxili fləş-modulun tutumu isə 4 Qb təşkil edir.

“UG802” mikrokompyuteri “802.11b/g/n” dəstəkli simsiz “Wi-Fi” rabitə adapteri, 32 QB-dək “MicroSD” kartlar üçün slot, “USB 2.0” portu, təsvirin monitor və ya televizorda əks olunması üçün “HDMI” interfeysi ilə təchiz edilib.Mikrokompyuter qara və göy rəngli korpuslarda əlçatandır.
 



EMİL





14/09/12    Çap et