Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” 10 santimetr ölçüsündə kompyuter təqdim edib


“İntel” şirkətinin hazırladığı yeni “İntel NUC” platforması ayrıca lövhə kimi deyil, tam komplektləşdirilmiş kompyuter şəklində satılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, “İntel NUC” (Next Unit of Computing - "yeni nəsil kompyuter bloku") platformasını kiçik kompyuterlər sahəsində əsl inqilab adlandırmaq olar. Belə kompyuterin korpusunun ölçüləri 10x10 santimetr təşkil edir.

Lakin platforma olduqca məhsuldardır. Sistem lövhədə “İntel Core i3” prosessoru quraşdırılıb. Kompyuter, həmçinin “SO-DIMM” əməli yaddaşı üçün 2 ədəd slot, “SSD” daşıyıcı üçün “M-SATA” slotu, 3 ədəd “USB” portu və simsiz modullar üçün “mini-PCI” interfeysi ilə təchiz edilib.

Şirkət yeni platformanın iki versiyasını istifadəyə verəcək. Onlardan biri “Thunderbolt” interfeysi, digəri isə “Ethernet” şəbəkə konnektoru ilə təchiz ediləcək. Platformanın qiyməti 399 dollar təşkil edir.

EMİL





17/09/12    Çap et