Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycana məxsus beynəlxalq sosial şəbəkə istifadəçilərin ixtiyarına verilib


"http://www.butalife.com/" ünvanında yerləşən sosial şəbəkə artıq internet istifadəçilərinin ixtiyarına verilib. "azerbaijans.com" saytının təqdim etdiyi yeni sosial şəbəkə layihəsi bir çox funksiyaları özündə cəmləyir.

"ICTnews" elektron xəbər xidmətinə saytın redaksiyasından bildirilib ki, sosial şəbəkəyə üzv olan şəxslər yaşına, ölkəsinə, adına, təhsil aldığı məktəbə və uyğun açar sözlərə görə digər üzvləri axtarıb və dostluq təklifi göndərə biləcək: "İstifadəçilər özləri status, şəkil, video, musiqi paylaşmaqla yanaşı, təqdim olunan digər paylaşımları da kateqoriyalar üzrə asanlıqla  izləyə biləcəklər.

Fərdi səhifə, sorğu və test banklarının yaradılması ilə yanaşı, sosial şəbəkədə istifadəçilərin yazılarını paylaşması üçün bloq və ya müxtəlif mövzular ətrafında müzakirələr aparması üçün forum fəaliyyət göstərir. İstifadəçilər saytı tərk etmədən televiziyaları, məşhur xəbər agentliklərinin ən son xəbərlərini onlayn izləyə biləcəklər".


 
HƏQİQƏT




17/09/12    Çap et