Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Canon” şirkəti "bulud" fotoanbarı istifadəyə verib


“Canon” şirkəti “Project 1709” xidmətini istifadəyə verib. Bu xidmət fotoların şəbəkədə saxlanılması və onların sistemləşdirilməsi üçün nəzərdə tutulub.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, anbarda həm kompyuterdən (veb-interfeys və ya proqram-müştəri vasitəsilə) yüklənmiş fotolar, həm də istifadəçinin digər saytlarda dərc etdiyi fotolar saxlanıla bilər. Hazırda  “Facebook” sosial şəbəkəsindəki fotolar avtomatik saxlanılır; müəyyən müddətdən sonra digər xidmətlər də “Project 1709” ilə əlaqələndiriləcək. Anbar foto dublikatları “tanıya” bilir.

Hər fotonu “teq” nişanlarla qeyd etmək olar. Fotonun yanında onun “EXIF” məlumatları əks olunur. Fotoları sosial şəbəkələrdə paylaşmaq olar.

“Project 1709” hazırda beta-versiya rejimində fəaliyyət göstərir. Xidmətdə qeydiyyat hələ ki yalnız dəvət üsulu ilə mümkündür. Xidmətin tam versiyası 2013-cü ildə istifadəyə veriləcək.

EMİL





18/09/12    Çap et