Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia Lumia” bir toxunuşla əlaqə


Sürətli yeniləmə, sürətli mobil internet və dəbli dizayn - inanılmaz gündəlik imkanlar.

Windows Phone”-lu “Nokia” - dəbli dizaynla yanaşı, dəbli proqram təminatına malikdir. Sensor ekranlı bu parlaq telefonlar sadəcə gözəl deyil - onlar sizin üçün vacib olan hər işlə məşğul olmağa imkan verir.
Korpusunu əldə rahat tutmaq olur. Telefondan hətta küçədə və ya yolda istifadə etdiyiniz zaman “ClearBlack” texnologiyası displeyin xüsusi parlaqlığını və görüntünün yüksək keyfiyyətini təmin edir. Lazım olan hər bir şeyi asanlıqla görəcəksiniz: əlaqələri də, filmləri də, İnternet səhifələrini, proqram əlavələrini də...

Ünsiyyətli həyat

“Windows Phone” platformalı “Nokia” telefonlarının konsepsiyasının mərkəzində insanlar durur. "Əlaqələr" interfeysi istənilən adamla düyməyə bircə toxunuşla əlaqə yaratmaq imkanı verir.

Ünsiyyətə başlayın! Bütün lazımi funksiyalar artıq istifadəyə hazırdır: sosial şəbəkələrə daxil olmaq üçün xüsusi proqram əlavələrini işə salmaq lazım gəlməyəcək: “Facebook”un, “Twitter”in və “LinkedIn”in son variantları birbaşa iş masasında açılır.

Hələ bu harasıdır?! Dostlarla, qohumlarla və qruplarla asan əlaqə yaratmaq üçün onları baş ekranda qeyd etmək olar. “Facebook” sosial şəbəkəsində çatın və SMS-in inteqrasiyası söhbətinizi həmişə sizin üçün ən rahat tərzdə davam etdirmək imkanı verəcək. Bundan əlavə çəkdiyiniz şəkilləri bir neçə saniyə ərzində “Facebook”a ötürə bilərsiniz.

Maneəsiz!

“Windows Phone”-lu “Nokia” telefonları bir sıra funksiyalara malikdir ki, bunların sayəsində həyat daha rahat və daha maraqlı olur.

“Nokia Naviqatoru” və “Nokia Xəritələri” hər yerdə özünüzü inamlı hiss etmək üçün mobil naviqasiya sistemi və ətraflı məlumat təklif edir. “Microsoft Office Mobile” da var, deməli, harada olursunuzsa olun, işinizi vaxtında yerinə yetirmək üçün lazım olan hər cür imkan da var.

İnternetə daxil olmaq üçün “İnternet Explorer 9” nişanını sıxın, ifratsürətli brauzeri işə salın və istədiyiniz sayta daxil olun. Geniş əyləncə dünyasına daxil olmaq üçün isə bircə düyməni basmaq kifayətdir. “Nokia Musiqi” və “Mix Radio” sizə geniş mahnı seçimi təklif edir. “Marketplace” və “Xbox Live”-də çoxlu sayda proqram əlavəsi, videofilm və oyun tapa biləcəksiniz.

RƏVAN





18/09/12    Çap et