Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz daha təcili pul köçürmələri əməliyyat sistemi üzrə digər ölkələrlə də əməkdaşlıq edəcək


Ölkəmiz “STEFİ”-nin (Secured Transfer of Electronic Financial İnformation) daha təcili pul köçürmələri əməliyyat sistemi üzrə digər ölkələrlə də əməkdaşlıq edəcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-nin Ödəniş xidmətləri şöbəsinin rəisi Sevil Nəsibova məlumat verib.

Onun sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında bu əməliyyatın yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bütün texniki məsələlər ən yüksək səviyyədə həll edilib.

”Biz digər dövlətlərlə də daha sürətli pul köçürmələri həyata keçirmək üçün “STEFİ”-nin mərkəzi ofisinə məktubla müraciət edəcəyik. Hazırda Ukrayna ilə “STEFİ” üzərindən pul göndərilməsi çox qısa vaxt ərzində başa gəlir”- deyə şöbə rəisi bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan beynəlxalq pul göndərişləri üzrə “STEFİ” sistemi vasitəsilə Ukrayna ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.

RƏVAN





19/09/12    Çap et