Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya Azərbaycanlı Gənclər Birliyinin saytı hazırlanır


Dünya Azərbaycanlı Gənclər Birliyinin veb-portalı (http://worldyouth.az/) üzərində işlər tamamlanmaq üzrədir və yaxın vaxtlarda portal fəaliyyətə başlayacaq. Birlik barədə məlumat "Wikipedia" beynəlxalq elektron ensiklopediyasında yerləşdirilib.

Bundan əlavə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər arasında şəbəkənin genişlənməsi üçün "Facebook" sosial şəbəkəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin rəsmi səhifəsi fəaliyyətdədir. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

 Xatırladaq ki, Dünya Azərbaycanlı Gənclər Birliyi 12 mart 2012-ci il tarixində Bakı şəhərində təsis olunub. Birlik öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Birliyin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Respublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır.

CAHANGİR





20/09/12    Çap et