Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən “peşəkar əməliyyatçı” və “peşəkar poçtalyon” adı uğrunda müsabiqə keçiriləcək


"Rabitə və İnformasiya Texnologiyaları  sahəsi  işçilərinin  peşə  bayramının keçirilməsi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyi ilə əlaqədar"  "Azərpoçt" MMC-nin RPF və PF-də  ən yaxşı poçtalyon və əməliyyatçının müsabiqə yolu ilə müəyyənləşdirilməsi məqsədilə müəssisənin struktur tərkibinə daxil olan filiallarda fərqlənən əməliyyatçı və poçtalyonun müsabiqə yolu ilə müəyyənləşdirilməsi məqsədilə  komissiya yaradılıb.

Qaliblər "Azərpoçt" MMC-nin "Fəxri fərman"ı və "Azərpoçt" MMC-nin istehlak fondu hesabına mükafatlandırılacaq.  I  yer üçün, II  yer üçün  və III yer üçün mükafat təyin edilmişdir. Bununla yanaşı, hər peşə üzrə 3 nəfər həvəsləndiricı yerlərə layiq görülməklə, hər biri "Fəxri fərman" və pul mükafatı ilə mükafatlandırılacaq.





RƏVAN





20/09/12    Çap et