Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzStarNet” yeni “Wi-Fi Ev” kampaniyasına başlayıb


“AzStarNet” MMC-nin 10 illik yubileyi münasibətilə “Wi-Fi Ev” kampaniyasına start verilib. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniyanın şərtlərinə əsasən, internet xidmətinə yeni qoşulan və 2 aylıq abunə haqqını ödəyən abunəçiyə “Wi-Fi” modem hədiyyə edilir. 3 aylıq abunə ödənişi aparan abunəçi qoşulma haqqından azad olunur və “Wi-Fi” modem əldə edir.

 Hər bir yeni qoşulan və 6 aylıq abunə haqqını ödəyən abunəçi isə qoşulma haqqından azad olunmaq və “Wi-Fi” modemə sahib olmaqla yanaşı, internetdən 1 aylıq pulsuz istifadə imkanı qazanır.








CAHANGİR





21/09/12    Çap et