Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Anonymous” qruplaşmasından 16 haker həbs edilib


Federal Tədqiqat Bürosu (FTB) irimiqyaslı əməliyyat gedişatında “Anonymous” haker qruplaşmasına aid olmaqda şübhəli bilinən 16 şəxsi həbs edib. Bu barədə iyul ayının 19-da “Fox News” bildirib.
Hakerlərin həbs olunması dərhal bir neçə ştatda, xüsusən Florida, Nyu-Cersi və Kaliforniyada keçirilib. Həbslərdən başqa, FTB əməkdaşları 30-dan çox evdə axtarış aparıblar. Onların sahibləri “Anonymous” qruplaşması ilə əlaqə yaratmaqda şübhəli bilinir.
“Anonymous” qruplaşması xeyli sayda kiberhücumlar üçün məsuliyyət daşıyır. 2011-ci ilin iyul ayında hakerlər 90 mindən çox Amerika hərbçisinin elektron poçt ünvanlarını oğurlayıblar, həmçinin “Apple” şirkətinin serverlərindən birini qırıblar. Bu il hakerlər dünyanın müxtəlif ölkələrində “PlayStation Network” və “Sony Online Entertainment”, həmçinin hökumət saytlarına hücum ediblər. 2010-cu ildə hakerlər “Visa”, “Mastercard” və “Paypal” saytlarına hücum ediblər. Bununla onlar “WikiLeaks” saytını dəstəklədiklərini ifadə ediblər, belə ki, pul köçürmələri ödəmə sistemləri tərəfindən bloklanmışdı.




20/07/11    Çap et