Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə Nazirliyi bütün lisenziyaların alınma prosesini elektronlaşdırıb


«Maliyyə Nazirliyi xidmətlərlə bağlı edilən müraciətlərin hamısını elektronlaşdırıb. Lisenziyaların verilməsi bu yolla həyata keçirilir və artıq heç kəs bizim yanımıza gəlmir. Hər bir Azərbaycan vətəndaşı nazirliyin xidmətləri üçün lisenziyaları elektron qaydada alır».

Bu fikirləri Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdir müavini Fuad Nəsirov “ICTnews” elektron xəbər xidmətinə verdiyi açıqlamasında söyləyib.

O əlavə edib ki, çətin hesabat blanklarının çap olunması üçün alınan xüsusi razılığın verilməsi də elektronlaşdırılıb: «Bundan əlavə, büdcə, qeyri-hökumət və kommersiya təşkilatlarının Maliyyə Nazirliyinə hesabatların təqdim edilməsini də onlayn şəkildə həyata keçiririk. Xəzinə əməliyyatları da elektronlaşdırılıb».




SEYMUR





24/09/12    Çap et