Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ən yaxşı rabitəçi”lərin yarışına tezliklə start veriləcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyinə həsr edilən peşə işçilərinin yarışmasına start verilir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyevin “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, artıq işlər hazırlıq mərhələsindədir, müvafiq əmrdən sonra yarışlara start veriləcək. Yarışların nəticəsi olaraq birlik üzrə  ən yaxşı montyor, ən yaxşı kabel lehimləyicisi və ən yaxşı kross işçisi üzrə qaliblər müəyyənləşəcək.









RƏVAN






25/09/12    Çap et