Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” xidmətlərinə abunə olanların sayı 80 milyona qədər artıb


Kanadanın “Research in Motion” (RIM) şirkəti son rüb ərzində “BlackBerry” xidmətlərinə abunə olanların sayının 80 milyona qədər artması haqqında bəyan edib.

Məlumat üçün bildirək ki, 2012-ci il iyunun əvvəlində “BlackBerry” xidmətlərinin abunə bazası 78 milyon istifadəçidən ibarət idi. Heynsin sözlərinə görə, şirkət iyundan sentyabra kimi müddətdə xidmətlərinə  təxminən 2 milyon yeni abunəçi cəlb etməyi bacarıb.

“Canalys” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin aprel-iyun aylarının nəticəsinə görə qlobal smartfon bazarında “BlackBerry OS” platformasının payı 5,4 faiz təşkil edib. Bu göstərici 2011-ci ilin ikinci rübü ilə müqayisədə 33 faiz aşağıdır. “BlackBerry OS” platformasının ABŞ bazarında payı ikinci rübdə yalnız 9,5 faiz təşkil edib və azalmağa doğru davam edir.

“BlackBerry” xidmətlərinə abunə olanların sayının artması haqqında xəbər “RIM” səhmlərinin “Nasdaq” birjasında məzənnəsinin 4.7 faiz artmasına səbəb olub.

Kanada istehsalçısı yeni “BlackBerry 10” əməliyyat sistemi və bu platforma ilə işləyəcək smartfonlara böyük ümid bəsləyir. Torsten Heynsin sözlərinə görə, “RIM” şirkəti artıq qurğuların yoxlanmasında iştirak edən rabitə operatorlarından “BlackBerry 10” ƏS-i ilə işləyən yeni smartfonlar üçün müsbət rəylər alıb.
 
EMİL





26/09/12    Çap et