Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti 5 il ərzində sürücüsüz avtomobillərin satışına söz verib


“Google” şirkəti imzalanmasına nail olduğu sazişə əsasən,  Kaliforniyada ümumi istifadə edilən yollarda sürücüsüz avtomobillərin sınaq yarışları rəsmiləşdiriləcək. İnternet korporasiyasının həmtəsisçisi Serqey Brin sürücüsüz maşınların 5 il ərzində satışa çıxarılacağı ilə bağlı əminliyini ifadə edib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Serqey Brinin sözlərinə görə, yaxın illərdə istənilən şəxs sürücüsüz avtomobilləri satın ala biləcək. Serqey Brin qeyd edib ki, belə maşınları görmə qabiliyyəti zəif olan insanlar və spirtli içki qəbul etmiş sürücülər xüsusilə qiymətləndirəcəklər.






EMİL





26/09/12    Çap et