Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Modelləşdirmə və virtual reallıq texnologiyalarına dair Beynəlxalq sərgi keçiriləcək


28-30 sentyabr 2012-ci il tarixlərində Parisdə (Fransa) “Mondial de la Simuliation 2012” – Modelləşdirmə və virtual reallıq texnologiyalarına dair Beynəlxalq sərgi keçiriləcək.
 
“Association Plan” assosiasiyasının təşkilatçılığı ilə “Musee de l'Air et de l'Espace” sərgi kompleksində keçirilən tədbirdə internet-texnologiyalar, “3D, 4D, 5D” texnologiyalar, hərəkətin idarə edilməsi, uçuşların imitasiyası sahəsində əldə olunan nailiyyətlər, məhsullar nümayiş olunacaq.Sərgi haqqında ətraflı məlumatı tədbirin “museeairespace.fr” rəsmi saytından əldə etmək olar.





26/09/12    Çap et