Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AzTU-da “Tədris İnformasiya Sisteminin Yaradılması” layihəsi çərçivəsində işlər davam etdirilir


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) "Azərbaycan Texniki Universitetində Tədris İnformasiya Sisteminin Yaradılması" layihəsi çərçivəsində  Koreyanın "NDS"  şirkətinin nümayəndələri universitetdə olub.  "ICTnews" elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, səfər zamanı qonaqlar layihə çərçivəsində Azərbaycan Texniki Universitetində görülən işlərlə tanış olub, həmçinin server otağı və qurulacaq avadanlıqlarla  bağlı yerli mütəxəssislərlə müzakirə aparıblar.

 Bununla yanaşı, "Təhsil idarəetmə sistemində magistr pilləsi" mövzusunu müzakirə edib, layihənin gələcək istiqamətini müəyyənləşdiriblər. Eyni zamanda universitetin elmi-tədqiqat işləri də layihə proqramına əlavə olunub və bu çərçivədə işlər yerinə yetirilib.








CAHANGİR





28/09/12    Çap et