Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Western Digital” 4 TB tutumlu sərt disk istehsal edib


“Western Digital” şirkəti 3,5 düymlü və 4 TB tutumlu sərt disk istehsal edib. Yeni daşıyıcı “SATA” və ya “SAS” interfeysləri üçün nəzərdə tutulmuş versiyalarda əlçatandır. İstehsalçı bildirib ki, yeni daşıyıcı saxlama serverləri, korporativ işçi stansiyalar və digər sahələr üçün optimallaşdırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sərt diskin “SAS” versiyası 6 qiqabitlik interfeysi dəstəkləyir, “SATA” versiyası isə 7200 dövr/dəq fırlanma sürətinə malikdir və 64 meqabaytadək keş-yaddaşa malik ola bilər. Şirkətdən verilən məlumata əsasən, yeni “WD VelociRaptor RE” daşıyıcıları yalnız kompüter və ya serverlərdə deyil, həm də digər qurğularda, məsələn, videorekorderlərdə işləyə bilər.Diskin “SATA” versiyası 460 dollara, “SAS” versiyası isə 480 dollara satılır. Disklərə 5 illik zəmanət verilir.








EMİL





28/09/12    Çap et