Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” istifadəçilərinin yalnız 25 faizi müasir əməliyyat sistemindən istifadə edirlər


“Android Developer Forum”-da dərc edilmiş məlumata əsasən, istifadəçilər “Android Ice Cream Sandwich” və “Jelly Bean” əməliyyat sistemlərindən (ƏS) az istifadə edirlər. İstifadəçilərin 23,7 faizi “Android Ice Cream Sandwich” və 1,8 faizi isə “Android Jelly Bean” versiyalarından istifadə edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, istifadəçilərin 50 faizindən çoxu iki il bundan əvvəl istifadəyə verilmiş “Android 2.3 Gingerbread” ƏS-dən və 12,9 faizi isə “Android 2.2 Froyo” ƏS-dən istifadə edirlər. İstifadəçilərin yalnız 1,9 faizi “Android Honeycomb 3.0” versiyasından istifadə edirlər.







EMİL





03/10/12    Çap et