Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə olaraq serial üçün internet portalı yaradılıb


Azərbaycanda ilk dəfə olaraq çəkilən serialın internet portalı yaradılıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu gün ATV telekanalının sifarişi ilə çəkilən "Məhkumlar" serialının təqdimat mərasimi keçiriləcək.

Serialda cəmiyyətdə baş verən sosial problemlər: ailədaxili zorakılıq, erkən nikahlar, yaxın qohum nikahları, valideyn - övlad münasibətləri kimi ciddi sosial problemlər öz ekran həllini tapıb. Çəkiliş heyətindən verilən məlumata görə, serialın ilkləri, sözün əsl mənasında, saymaqla bitmir: «Artıq teleserialın internet portalı (http://www.mahkumlar.az/) fəaliyyətə başlayıb.

Teleserialda çəkilən aktyorlar arasında əməkdar artistlər Bakı Bələdiyyə Teatrının aktyorları, əməkdar artist Firəngiz Babayeva (Zərrintac), Aydın Əliyev (Fikrət), Sərvər Şahbəyli (Bəhram) kimi aktyorlar var. Teleserial 4 oktyabr 2012 -ci il tarixində saat 19:30 da ATV telekanalının efirində olacaq. "Məhkumlar" adlanan teleserialın rejissoru və baş prodüseri Yaşar Əhmədov, ssenari müəllifi isə Vüsal Nurudur».

Qeyd edək ki, təqdimetmə mərasimi saat 18:00-da, Yasamal rayonu, K.Kazımzadə küç. 118 ünvanında yerləşən “Qafqaz Point Otel”də düzənlənəcək.

SEYMUR





04/10/12    Çap et