Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un mobil istifadəçilərinin sayı 600 milyonu ötüb


“Facebook” sosial şəbəkəsinin mobil istifadəçilərinin sayı 600 milyonu ötüb.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Facebook”un mobil auditoriyası 2012-ci ilin iyunundan etibarən 57 milyon artıb.

Qərb analitikləri “Facebook”un mobil auditoriyasının potensialından istifadəni sosial şəbəkə üçün ən perspektiv gəlir  mənbəyi hesab edirlər. Cari ilin ikinci rübündə “Facebook” saytın mobil versiyasında istifadəçinin xəbər lentində “Sponsored Stories” formatında reklam yerləşdirməyə imkan yaradıb.







 
EMİL





05/10/12    Çap et