Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Albert Eynşteynin məktubu hərraca 3 milyon dollara çıxarılıb


“EBay” internet-hərracında Albert Eynşteynin Allaha yazdığı məktub yerləşdirilib. Məktub 1954-cü ildə yazılıb və onun başlanğıc qiyməti 3 milyon dollar təşkil edir. 2008-ci ildə məktub Londondakı Blumsberi hərracında 404 min dollara satılmışdı. Məktubun alıcısı naməlumdur. Hazırda məhz onun bu məktubu hərraca çıxardığı bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Albert Eynşteynin məktubu faktiki olaraq filosof Erik Hutkaynduya ünvanlanmışdı. Məktub 1954-cü ilin yanvarında, dahi fizikin ölümündən bir il əvvəl yazılıb. Eynşteyn məktubda bildirir ki, allah sözü mənim üçün sadəcə insanın zəifliyinin nəticəsi olan sözdür, Bibliya məzmununa görə, olduqca sadəlövh və sadə əfsanələr kolleksiyasıdır.

"Yəhudilər mənim üçün digər insanlardan daha yaxşı deyil. Təcrübəmə əsasən deyə bilərəm ki, onlar digər milliyyətlərdən daha yaxşı deyillər. Onlar digərlərindən seçilmirlər" – alim yazıb.
Ekspertlər məktubun 100 faiz orijinal olduğunu iddia edirlər.
 
EMİL
 





08/10/12    Çap et