Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərekspresspoçt”un saytında yeni bölmə yaradılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” rabitə müəssisəsi 6 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ərəfəsində yeni xidmət növünü təqdim edib.

 Müəssisənin saytında (www.azems.az/) artıq “elektron ticarət” bölməsi yaradılıb ki, istifadəçilər səhifədə yerləşdirilmiş internet-mağazalardan istənilən malı seçə, müxtəlif üsullarla ödənişlər edə və seçdikləri çeşidi “Azərekspresspoçt”un unikal beynəlxalq və daxili EMS (sürətli poçt rabitəsi xidmətləri) şəbəkəsi vasitəsi ilə Azərbaycanda istənilən ünvana qısa zamanda, aşağı qiymətlərlə, etibarlı və təminatlı çatdırılmasını sifariş verə bilərlər.






RƏVAN





09/10/12    Çap et