Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.az” domen zonasında qeydiyyatdan keçən domenlərin sayı 16 minə yaxınlaşır


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir.

"İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında artıq 15505 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1898, qeydiyyata düşən domenlərin sayı isə 4216-ya bərabərdir.

Domenlərin böyük əksəriyyəti ".az" (14393) domeninin payına düşür. Həmçinin 645 ədəd ".com.az" domeni qeydiyyatdan keçib.





Sonrakı yerlər aşağıdakı kimidir:
  1. .pro.az           4
  2. .name.az          6
  3. .biz.az           14
  4. .info.az         23
  5. .co.az            37
  6. .pp.az            42
  7. .int.az            44
  8. .net.az           56
  9. .org.az           85
  10. .edu.az         152
 
".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustın 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
EMİL






10/10/12    Çap et