Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada “HD” formatında yayımlanan telekanalların sayı son il ərzində 54 faiz artıb


Avropada “HD” formatında yayımlanan telekanalların sayı son il ərzində təxminən 54 faiz artıb. “MAVISE”-nin (Avropa Birliyinə daxil olan ölkələrin televiziya şirkətlərinin elektron məlumat bazası) hesabatında belə qeyd edilib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “MAVISE”-nin məlumatına görə, 2009-cu ilin sonunda Avropa İttifaqına daxil olan və namizəd ölkələrdə 274 telekanal mövcud idi və onlar “HD” formatında yayımlanırdı. Təxminən 2 il ötdükdən sonra belə proqramların sayı 612-yə çatdı.

2012-ci il sentyabrın sonuna olan məlumata əsasən, artıq 941 telekanal mövcuddur və onlar “HD” formatında yayımlanır.

“MAVISE”-nin məlumatına əsasən, Böyük Britaniya, Fransa, Almaniya və İsveç “HD” məzmunun yayılmasında aparıcı ölkələr sayılır.

 
EMİL




13/10/12    Çap et