Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti laboratoriyasını bağlayır


“Google” şirkəti bu gün “Google Labs” layihəsinin bağlanması haqqında məlumat verib. “Google Labs”da əvvəllər internet, proqram təminatı, “yaşıl” energetika və digər istiqamətlər ilə bağlı ən müxtəlif hazırlamalar yoxlanılıb. “Google” şirkəti bildirib ki, “Labs” çox geniş layihə diapazonunda ixtisaslaşdırıldığından, onların bir çoxu əhəmiyyətli xərc tələb edirdi. Buna baxmayaraq, laboratoriya gəlir gətirmirdi. “Google” şirkətinin tədqiqat və hazırlamalar üzrə baş vitse-prezidenti Bil Kuran bildirib ki, şirkət daha əhəmiyyətli layihələr üzərində işləmək qərarına gəlib.


cybersecurity.ru




21/07/11    Çap et