Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada “iPad-mini” planşetinin qiyməti 249 avrodan başlanacaq


“Apple iPad” planşet kompüterinin yığcam versiyasının qiyməti Avropada 249 avrodan başlayacaq. Bu barədə Almaniyanın “Mobile Geeks” saytı məlumat verib.

Saytın məlumatına görə, alıcılara ümumilikdə yeni “iPad” planşetinin 16 modifikasiyası əlçatan olacaq. Planşetin ən bahalı modelinin qiyməti 649 avro təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, qurğunun Amerika bazarındakı qiyməti haqqında hələlik məlumat yoxdur, lakin “Apple”-ın məhsulları Avropada daha baha olur.
“Apple” şirkətinin “iPad”-ın yığcam versiyasına həsr edilmiş mətbuat konfransını oktyabrın 23-də keçirəcəyi gözlənilir.

Qeyd edək ki, “Apple” ümumilikdə 84 milyondan çox “iPad” planşeti satıb və planşet bazarının 66 faizinə nəzarət etməklə bu seqmentdə dünya liderliyini qoruyub saxlayır.


EMİL





15/10/12    Çap et