Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya-kommunikasiya texnologiyaları mədəniyyət və təhsil sferasında” II Beynəlxalq elmi-metodiki konfrans keçiriləcək


12-15 noyabr 2012-ci il tarixlərdə Saratov Dövlət Universitetinin nəzdində yerləşən Saratov Regional Resurs Mərkəzində “İnformasiya-kommunikasiya texnologiyaları mədəniyyət və təhsil sferasında” II Beynəlxalq elmi-metodiki konfrans keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, tədbirin məqsədi informasiya texnologiyaları, təhsil və mədəniyyət sahəsində çalışan peşəkar mütəxəssislər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təmin edilməsi üçün vahid tədris və İKT fəzasının təşkilidir: “Konfransda müxtəlif ölkələrdən mədəniyyət və təhsil, o cümlədən informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər, müəllimlər iştirak edəcəklər. “www.kon-ferenc.ru” saytının məlumatına əsasən, tədbir çərçivəsində həm yerli, həm də xarici elmi-tədqiqat və tədris müəssisələri ilə videobağlantılar təşkil ediləcək. Konfransda mədəniyyət və təhsil sahəsində İKT-nin inkişafının ümumi tendensiyalarını əhatə edən məsələlər öz əksini tapacaq”. İKT-nin tətbiqi ilə milli-mədəni dəyərlərin qorunub saxlanması sahəsində fundamental tədqiqatlar, mədəniyyət və təhsil sahəsində

İKT-nin inkişafına sistemli yanaşma, muzeylərin təcrübəsində informasiya texnologiyalarının inteqrasiyasının dünyada qəbul olunmuş tendensiyaları, informasiya təhlükəsizliyi və müəllif hüquqlarının müdafiəsi, elektron təhsil resurslarının hazırlanmasında müasir metod və üsullar, informasiya cəmiyyətində fasiləsiz təhsilin inkişafı, muzey multimedia ekspozisiyaları ilə bağlı məruzələr dinləniləcək, müzakirələr, təcrübə və bilik mübadiləsi aparılacaq. Seksiyalar üzrə keçiriləcək iclaslarda elektron tədris resurslarının dərs prosesində tətbiqinə dair təcrübə mübadiləsi aparılacaq, ənənəvi və müasir tədris vasitələri imkanlarının əlaqələndirilməsi, yeni informasiya texnologiyalarının yaradıcı təfəkkürün inkişafına təsiri öyrəniləcək.


HƏQİQƏT





16/10/12    Çap et