Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Avtomatika və idarəetmənin müasir problemləri” mövzusunda konfrans keçiriləcək


Azərbaycan Texniki Universitetində 20-21 noyabr 2012-ci il tarixində "Avtomatika və idarəetmənin müasir  problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, konfransın işi idarəetmənin nəzəri və tətbiqi məsələləri,  idarəetmə obyekt və sistemlərinin identifikasiyası,  idarəetmə sistemlərinin texniki və proqram vasitələri,  idarəetmə sistemlərinin etibarlığı və diaqnozlaşdırılması, kompüter məlumat və idarəetmə şəbəkələri istiqamətləri üzrə aparılacaq.








CAHANGİR





17/10/12    Çap et