Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet” EKŞ-nin xidmətləri kommersiyalaşdırılacaq


AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov “AzScienceNet” Elm Kompüter Şəbəkəsində (EKŞ) kommersiyalaşdırılması nəzərdə tutulan xidmətlər haqqında məlumat verib.

Qeyd edib ki, hazırda institutda interner-provayder, hostinq, e-poçt, distant təhsil, e-kitabxana, “Cloud Computing” xidmətlərinin kommersiyalaşdırılması istiqamətində işlər aparılır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

İnstitutdan bildirilib ki, baş mühəndis, həmçinin “AzScienceNet” EKŞ üzərindən internet-kafelərin təşkili, internet-provayder xidmətinin yaradılmasının təşkilati məsələləri, yaddaş və hesablama resurslarının kommersiyalaşdırılması və s. haqqında danışıb. Kommersiya fəaliyyətilə bağlı institutda sistemli işlərin aparıldığını bildirən R.Ələkbərov elmi-innovativ fəaliyyətlə məşğul olan şəxslərin müvafiq işlərə cəlb olunması məsələlərini önə çəkib.

Qeyd edək ki, “AzScienceNet” EKŞ-nin kommersiyalaşdırılması əldə olunan gəlirin gələcəkdə şəbəkənin fəaliyyətinin daha səmərəli təşkilinə və işçi heyətin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi məqsədini daşıyır.

HƏQİQƏT





17/10/12    Çap et