Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mikroflüid texnologiyalar və mikroelektromexaniki sistemlərin keyfiyyətinin testləşdirilməsi” üzrə beynəlxalq konfrans keçiriləcək


17-18 oktyabr 2012-ci il tarixində Kaliforniya ştatının Santa Klara şəhərində “Mikroflüid texnologiyalar və mikroelektromexaniki sistemlərin keyfiyyətinin testləşdirilməsi” üzrə beynəlxalq konfrans keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, konfransın təşkilatçılarına “MEPTEC” (Oklaxoma ştatı), “MEMS Journal, İnc” (Detroyt şəhəri) daxildir

. Nəzərdə tutulan konfransda sənaye korporasiyalarının, elmi mərkəzlərin, universitetlərin, investisiya fondlarının, fəaliyyətləri nanotexnologiyalar və mikroflüid sistemlərinin inkişafı ilə bağlı olan ABŞ və digər ölkələrin kommersiya strukturlarının nümayəndələri iştirak edəcəklər. Konfransla bağlı “http://microfluidics2012.com/” və “http://memstest2012.com/” saytlarından ətraflı məlumat əldə etmək mümkündür.




HƏQİQƏT





17/10/12    Çap et