Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”-un səhmlərinin qiyməti azalıb


"Google Inc."-in səhmlərinin qiyməti oktyabrın 18-də 8 faiz azalıb. "The Washington Post" qəzeti yazıb ki, səhmlərin qiymətinin azalması hesabatın vaxtından əvvəl dərc edilməsi ilə bağlıdır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, maliyyə hesabatı planlaşdırılmış vaxtdan bir neçə saat əvvəl dərc edilib. Qəzet yazıb ki, hesabat səhvən dərc edilib. Hesabata əsasən, 2012-ci ilin üçüncü rübündə "Google"-un mənfəəti 2,18 milyard dollar təşkil edib.

Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 550 milyon azdır.Hesabatın vaxtından əvvəl dərc edilməsinin səbəbi haqqında məlumat verilməyib.







EMİL





19/10/12    Çap et