Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının “Rabitə” voleybol komandası dünya çempionatının final


Qətərin paytaxtı Dohada Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubu klublararası dünya çempionatında növbəti matçına çıxıb.

Mundialın yarımfinal mərhələsi çərçivəsində “Rabitə” Türkiyənin “Fənərbaxça” komandası ilə qarşılaşıb.
Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən oyunda “Rabitə” komandası 3:0 (25:18, 25:20, 25:16) hesabı ilə qalib gəlib. Bu qələbə ilə “Rabitə” komandası klublararası dünya çempionatının final mərhələsinə yüksəlib.

Final mərhələsində komandamız “Sollis Osasco” (Braziliya) - “Lancheras de Catano” (Puerto Riko) cütünün qalibi ilə qarşılaşacaq.Xatırladaq ki, “Rabitə” ötən il klublararası dünya çempionatının qalibi olub.





19/10/12    Çap et