Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz internet xidməti operatoru Qurban Bayramı ilə əlaqədar kampaniya keçirəcək


“Sazz 4G İnternet” Qurban bayramı münasibətilə güzəştli kampaniyaya başlayır. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, 25-28 oktyabr tarixlərində “Sazz” abunəçi müqaviləsini imzalayıb iki aylıq abunə haqqını (50 AZN) ödəyən yeni müştərilərə “Sazz USB” modemi pulsuz təqdim ediləcək.

Mövcud abunəçilərə isə USB modemlə birlikdə istifadə olunduqda “WiFi” zonası yaradan “MF10” routeri endirimli qiymətlə təklif edilir. Belə ki, 60 manat məbləği qarşılığında onlar növbəti ayın abunə haqqını ödəmiş və “MF10 Wi-Fi” routerini cəmi 35 manata əldə etmiş olacaqlar.






CAHANGİR





23/10/12    Çap et