Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xanım direktor “Yahoo!” üçün düşərli olub


“Yahoo!” şirkəti 2012-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini dərc edib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesabat rübündə şirkətin mədaxili 1,20 milyard dollar təşkil edib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azdır.Şirkətin xalis mənfəəti isə təxminən 10 dəfə artaraq 3,16 milyard dollar təşkil edib.

Qeyd edək ki, 37 yaşlı Marissa Mayer “Yahoo!”-da çalışana qədər “Google Search”, “Gmail”, “Google News” və “Google Images” kimi layihələrin inkişafında iştirak edib. “Fortune” jurnalı dörd dəfə ardıcıl olaraq Marissa Mayeri ABŞ-da biznesdə 50 ən nüfuzlu qadın reytinqinə daxil edib.Maliyyə göstəriciləri elan edildikdən sonra “Yahoo!”-nun səhmləri 4.6 faiz artaraq 16.49 dollara bərabər olub.





EMİL





23/10/12    Çap et