Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

28 oktyabr 2012-ci il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yay vaxtının ləğvi ilə bağlı məlumat yayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. “İCTnews” elektron xəbər xidmətinin bildirdiyinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 28 oktyabr 2012-ci il tarixində saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.




 
HƏQİQƏT





24/10/12    Çap et