Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şagird və müəllimlər üçün yeni internet-layihə təqdim olunub


Şagirdlər üçün daha bir internet layihəsi oxuculara təqdim olunub. Məktəblilər və orta məktəbin ədəbiyyat müəllimlərini əhatə edən elektron portal “edu.ann.Az” ünvanında yerləşir. «Ann.az» bildirir ki, layihə orta məktəblərin Azərbaycan və rus dili bölmələrində V-XI siniflərə tədris edilən ədəbiyyat proqramını əhatə edir və iki dildə fəaliyyət göstərir.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, portalda orta məktəblərin ədəbiyyat proqramlarına salınmış bütün əsərlərin, ədəbi mətnlərin, nağıl və dastanların elektron versiyaları təqdim olunub. Orta məktəb proqramına əsasən «Əlavə Oxu» materialları da tədricən portalda yerləşdiriləcək.

Müəllim və şagirdlərlə portalda qurulan interaktiv əlaqə vasitəsi ilə arzu olunan digər mətnlərin də sonra portala əlavə edilməsi nəzərdə tutulub.



 
SEYMUR





29/10/12    Çap et