Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliyada “Facebook” istifadəçiləri üçün yaş məhdudiyyəti tətbiq ediləcək


Avstraliya hakimiyyəti ölkə ərazisində “Facebook” istifadəçiləri üçün yaş senzinin tətbiq olunma imkanını müzakirə edib. Bu barədə “Agence France-Presse” bildirib. Avstraliyanın ədliyyə naziri Robert MakKlillandın sözlərinə görə, valideynlərin etdikləri şikayətlər nəticəsində qanun layihəsinin hazırlanmasına başlanılıb.
Valideynlər yaş məhdudiyyətinin olmamasının onların uşaqlarına zərər verə biləcəyini düşünür. Xüsusən, valideynlər “Facebook”da yerləşdirilmiş məzmunun uşaqların karyera perspektivlərinə kölgə saldığını bildiriblər. Qanunverici orqan hansı yaş həddinin olması haqqında xeyli təklif alıb, ancaq hal-hazırda yaş senzinin 18 yaşa qədər olması variantı əsas götürülür. Məlumat üçün bildirək ki, təxminən 22 milyon əhalisi olan Avstraliyada sosial şəbəkədən təxminən 10 milyon insan istifadə edir.


lenta.ru




22/07/11    Çap et