Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platformasının yeni versiyası təqdim edilib


“Google” şirkəti oktyabrın 29-da “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Android 4.2” platforması “Jelly Bean” kod adına malikdir.

O, əvvəlki versiya ilə oxşardır, lakin bəzi yeni funksiyalar istifadəyə verilib.İstifadəçilər bloklama ekranına vidcetlər quraşdıra bilərlər. Qeyd edək ki, bunu mobil əməliyyat sisteminin əvvəlki versiyalarında yalnız kənar tətbiqlər vasitəsilə etmək mümkün idi.

“Android 4.2” platforması ilə işləyən planşetlər bir neçə istifadəçi hesabı yaratmağa imkan verir. Hər hesab öz sazlamalarına və tətbiqlər dəstinə malikdir. Smartfonlarda isə çoxistifadəli rejim nəzərdə tutulmayıb.

“Android 4.2” platforması ilə işləyən aparatlar “YouTube”-dan videoçarxları televizora translyasiya etməyə imkan verir. Lakin bunun üçün o, “Miracast” texnologiyasını dəstəkləməlidir.

EMİL





30/10/12    Çap et