Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal şəbəkədə 652 milyondan çox sayt fəaliyyət göstərir


“Netcraft” analitik şirkətinin 2012-ci ilin noyabrına olan statistikasına əsasən, internetdə fəaliyyət göstərən saytların sayı 652 329 303 təşkil edib. Bu göstərici ötən ayla müqayisədə 4,8 milyon çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Apache” serveri əvvəlki kimi liderdir. Web-serverlər bazarında onun payı 57.23 faiz təşkil edir. “Microsoft IIS” serverinin bazar payı, həmçinin artıb. Son ayın nəticəsinə görə, onun payı 16,52 faizə bərabər olub. Bu göstərici ötən ayla müqayisədə 0,25 çoxdur.








EMİL





02/11/12    Çap et