Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə”nin növbəti qələbəsi


Noyabrın 1-də Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqası yarışlarının yeni mövsümündə ikinci oyununa çıxıb.

 “Rabitə” qrup mərhələsi çərçivəsində növbəti oyununu “Sərhədçi” idman olimpiya kompleksində İtaliyanın “Villa Kortese” komandasına qarşı keçirib.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyun “Rabitə”nin 3:1 (25:15), (22:25), (25:21), (25:22) hesablı qələbəsi ilə başa çatıb. “Rabitə” qrupda ilk oyununu səfərdə Çexiyanın “Agel” klubuna  qarşı keçirmiş və qələbə qazanıb.





02/11/12    Çap et