Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qobustan TKQ üçün yeni inzibati bina tikilir


Qobustan TKQ üçün yeni inzibati binanın tikintisi başa çatmaq üzrədir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Qobustan TKQ-nin rəisi Anar Əmirov məlumat verib.

Onun sözlərinə görə, hazırda binada son tamamlanma işləri aparılır, binanın dam örtüyü vurulur. Binada işçi personalının rahat işləməsi üçün otaqlar, elektron ATS və digər köməkçi avadanlıqlar yerləşəcək.

Qeyd edək ki, Qobustanda bütün kənd EATS-nin birləşdirici xətlərinin optik kabellərlə təmin edilməsi istiqamətində layihəyə start verilib. Artıq 5 kənddə layihə reallaşıb.







RƏVAN





02/11/12    Çap et