Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad” planşetinin bazar payı üçüncü rübdə kəskin azalıb


"IDC" analitik şirkətinin hesablamalarına əsasən, "iPad" planşetinin bazar payı üçüncü rübdə kəskin azalaraq 50,4 faiz təşkil edib. Buna baxmayaraq, "Apple"-ın planşeti liderliyini qoruyub saxlayır.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Android"-planşetlərin sayı "Samsung"un "Galaxy Tab" və "Note 10.1" qurğuları hesabına artıb.

"IDC"-nin direktoru Tom Meynelli bildirib ki, "Apple" şirkətinin göstəriciləri istehlakçıların "iPad mini" planşetinin elanını gözləməyə görə azalıb. Ona görə də 2012-ci ilin üçüncü rübündə vəziyyət "Apple" şirkətinin xeyrinə dəyişə bilər.







EMİL





06/11/12    Çap et