Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil tətbiqlər bazarının həcmi 35 milyard dollar təşkil edəcək


“Strategy Analytics” tədqiqat şirkətində çalışan ekspertlərin proqnozuna əsasən, 2017-ci ilə qədər mobil tətbiq və oyun satışlarından əldə olunan gəlirin həcmi 35 milyard dolları ötəcək. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə bu göstərici 1 milyard dollara bərabər idi.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2009-cu ildə mənfəətin 70 faizi pullu məhsulların payına düşüb. Bu göstərici 2014-cü ilə qədər öz pik nöqtəsinə çatacaq və 3 ildən sonra 36 faizə qədər azalacaq. Daxili satınalmalar sistemi (in-app purchases) isə getdikcə populyarlaşır. Daxili satınalmalar sistemi o deməkdir ki, tətbiq yüklənmə üçün pulsuz təklif edilir, lakin əlavə məzmun və ya tətbiqin genişləndirilmiş versiyasından istifadəyə görə pul ödəmək lazımdır. Belə model artıq “bəhrə”sini verir.

“Distimo” tədqiqat firmasında çalışan mütəxəssislərin hesablamalarına görə, “Apple App Store” mağazasındakı pulsuz oyunların 21 faizi “in-app purchases” sistemi üzrə işləyir.“Microsoft” və “Research in Motion”, həmçinin abunə modeli və daxili satınalmalar sistemini dəstəkləməyə qərar veriblər.


EMİL





07/11/12    Çap et