Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illiyi münasibətilə poçt markası buraxılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, markanın üzərində Azərbaycan bayrağı və Milli Olimpiya Komitəsinin emblemi təsvir olunub.

Poçt markası çərçivəli dişi 14,0 olan ofset, təbaşirli və yapışqanlı marka kağızında çap olunub. Tirajı 100 min ədəd olan markanın nominal dəyəri  20 qəpik  təşkil edir.








CAHANGİR





07/11/12    Çap et