Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MS Office” tətbiqinin ekran görüntüləri dərc edilib


“The Verge” nəşri “MS Office” mobil tətbiqinin ekran görüntülərini dərc edib. Tətbiq 2013-cü ilin əvvəlində istifadəyə veriləcək və “iPhone”, “iPad” və “Android” qurğularında işləyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ekran görüntüsünə əsaslanaraq tətbiqin “Office 2013” stilində hazırlanacağını qeyd etmək olar. Proqramın aşağı hissəsində "Recent", "Place", "New" və "Settings" düymələri yerləşir.

“Microsoft” şirkətinə yaxın mənbələrin “The Verge” nəşrinə verdiyi məlumata əsasən, “Office” paketinin tərkibinə “Word” mətn redaktoru, təqdimatların yaradılması üçün “PowerPoint” və “Excel” cədvəl prosessoru daxil ediləcək. Tətbiqlərlə işləmək üçün əvvəllər “Windows Live ID” kimi tanınmış “Microsoft” hesabı lazım olacaq.

Başlanğıc ayara görə istifadəçi sənədlərə yalnız baxa biləcək. Onlara dəyişiklik etmək mümkün olmayacaq. Redaktə funksiyasını aktiv etmək üçün pullu “Office 365”-ə abunə əldə etmək və ya elektron açar əldə etmək lazım gələcək.

EMİL





08/11/12    Çap et