Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MasterCard” ekran və klaviaturalı plastik kart istifadəyə verib


“Visa” şirkəti 1 il bundan əvvəl kiçik ekran və sensor klaviatura ilə  təchiz edilmiş “CodeSure Matrix Display Card” plastik kartını təqdim etmişdi. Hazırda “MasterCard” şirkəti oxşar kart təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni kart “Display Card” adlandırılıb və “Visa”nın analoji kartından heç nə ilə fərqlənmir. Ekran birdəfəlik şifrələrin əks etdirilməsi, klaviatura isə müxtəlif bank sistemləri ilə işləmək üçün nəzərdə tutulub. Bütün standart bankomatlar kartı qəbul edir.“MasterCard” şirkətinin rəhbərliyi yeni kartların Avropaya tədarükünə növbəti il başlamağı planlaşdırır.







EMİL





09/11/12    Çap et