Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliya interneti filtrasiya etmək planından imtina edib


Avstraliya hakimiyyəti ölkə ərazisində məzmunu uşaq pornoqrafiyası  və digər yolverilməz materiallardan ibarət saytları filtrasiya etməkdən imtina edib.

Avstraliyanın Rabitə naziri Stiven Konroy noyabrın 9-da bildirib ki, yerli provayderlər məcburi internet-filtrlərin tətbiq edilməsinin əvəzinə İnterpolun "pis resurslar" siyahısındakı məzmunu uşaq pornoqrafiyasından ibarət olan 1400 saytı bloklamağa razılaşıblar.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Avstraliyanın "Telstra", "Optus" və "Primus" provayderləri İnterpolun siyahısındakı saytları 2010-cu ildən etibarən blok ediblər.






EMİL





12/11/12    Çap et