Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kodak” xilas olacaq


Fotokamera istehsalçısı “Eastman Kodak” əlavə maliyyələşdirmə haqqında bəzi kreditorlarla razılığa gəlib. Bu razılıq sayəsində şirkət növbəti ilin ortalarında müflislikdən xilas olacaq. Bu barədə şirkətin rəsmi press-relizində bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Kodak” şirkətinin kreditorları ona 793 milyon dollar verəcək. Lakin sazişi hələ məhkəmə təsdiqləməlidir.

Kreditorların şərtlərinə görə, “Kodak” şirkəti patentlərinin bir hissəsini satmalı olacaq. Şirkət bu şərti yerinə yetirməyə hazır olduğunu bildirib.





 
EMİL





13/11/12    Çap et